...

Naxçıvan Muxtar Respublikasında buğda ununun qiyməti xeyli artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2007 13:48 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasında buğda ununun qiyməti xeyli artıb

Azərbaycan, Naxçıvan /müx. Trend E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasında 50 kq buğda ununun qiyməti 40%-dən çox olmaqla 17 manatdan 24 manatadək artıb.

Unun qiymətinin artması çörəyin çəkisində də özünü göstərib. 20 qəpiklik çörəyin çəkisi 400-500 qramdır.

Naxçıvan MR-in sahəsi 5,5 min kvadrat kilometrdir. Naxçıvan MR 7 rayondan ibarətdir: Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli. Əhalisi 380,2 min nəfərdir. Paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti