...

Ekspert: "Azərsu" SC əhalinin istifadə etdiyi suyun qiymətini qaldıra bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2007 13:54 (UTC +04:00)
Ekspert: "Azərsu" SC əhalinin istifadə etdiyi suyun qiymətini qaldıra bilər

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Şənbə günü İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri İbad Qubadoğlu bildirib ki, Azərbaycan Tarif Şurasının Ceyranbatan su anbarından suyun topdan satış dəyərinin qaldırılması barədə qərarı "Azərsu" SC-yə suyun pərakəndə satış qiymətini qaldırılması üçün əsas verəcək. Hazırda əhalinin istifadə etdiyi suyun bir kubmetrinin dəyəri 0,14 manat təşkil edir (ƏDV daxil olmaqla), digər istifadəçilər üçün isə bu 0,70 manat təşkil edir (ƏDV daxil olmaqla), sudan xammal kimi istifadə edilməsi isə 12 manata başa gəlir (ƏDV daxil olmaqla).

"Tarif Şurasının bu qərarı təkcə kommunal sektorda istifadə olunan suyun deyil, həmçinin suvarma məqsədilə istifadə olunan suyun qiymətinin qalxması üçün əsas olacaq" - deyə o bildirib.

Cümə axşamı Tarif Şurasının qərarı ilə Ceyranbatan su anbarından suyun min kubmetrinin topdan satış dəyəri 20- manatadək artırılıb (ƏDV-siz). Tarif Şurası qeyd edir ki, Ceyranbatan su anbarından satılan suyun əsas istifadəçisi "Azərsu" ASC-dir və yeni tariflər ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinə ciddi təsir göstərməyəcək.

Səhiyyə Nazirliyinin sərəncamında olan təsərrüfat subyektlərinin ixtiyarında olan dərman preparatları və maddələrinin dövlət qeydiyyatı xidmətlərinin Tarif Şurası tərəfindən nəzərdən keçirilməsi məsələsinə də toxunaraq İbadoğlu bildirib ki, bu sahədə qiymələrin artırılması burada çalışan müəssisələrin xərclərinə təsir edəcək və müvafiq olaraq dərman preparatlarının qiymətində əks olunacaq.

Xəbər lenti

Xəbər lenti