...

Nazir: ƏDV-nin ləğvi Azərbaycana taxıl idxalını intensivləşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2007 17:29 (UTC +04:00)
Nazir: ƏDV-nin ləğvi Azərbaycana taxıl idxalını intensivləşdirəcək

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ ƏDV-nin ləğv olunması Azərbaycana taxıl idxalının intensivləşməsinə yardım edəcək və taxıl defisiti barədə yayılan söhbətlərə son qoymağa imkan verəcək. Bu barədə çərşənbə günü Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar ayında ölkədə qalan taxıl 656,4 min ton təşkil edib. Birinci yarımildə Azərbaycana 590,7 min ton taxıl gətirilib. Birinci yarımildə ölkəyə taxıl idxalı və əhalinin tələbatını nəzərə alsaq, iyulun əvvəlinə ölkədə 482,1 min ton taxıl qalıb.

Abasov söyləyib ki, daxili istehsal hesabına 2008-ci ilin yanvarına ölkədə qida üçün taxıl qalığı 638 min ton təşkil edəcək.

İyulun 30-na qədər Azərbaycanda 671 min hektar ərazidə biçin aparılıb ki, burdan da 1,768 mln. ton taxıl yığılıb. Ötən illə müqayisədə hər hektarın məhsuldarlığı 0,7 faiz artıb. Biçin davam edir.

Əlverişsiz şəraitə baxmayaraq ilin sonuna qədər payızlıq və yazlıq taxıl və taxıl-paxla istehsalı 1,9-2 mln. ton həcmində proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti