...

Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın regionlarında fəaliyətini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2007 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Beynəlxalq Sığorta Şirkəti (BSŞ) Azərbaycanın regionlarında filial şəbəkəsini genişləndirir. Şirkətin bazar ertəsi yaydığı məlumatda bildirilir ki, BSŞ-nin yeni açıldığı Şəki nümayəndəliyi regionda fiziki və hüquqi şəxslər üçün bütün sığorta proqramlarını və şirkətin bütün məhsullarını təqdim edəcək, həmçinin sığorta hallarının həll edilməsi məsələləri ilə məşğul olacaq.

Regional filialların açılışı Beynəlxalq Sığorta Şirkətinə xidmətləri istehlakçıya yaxınlaşdırmaq və rayonların sakinləri üçün şirkətlə əlaqəni maksimum dərəcədə rahat etməyə imkan verəcək.

Hazırda sığorta şirkəti Bakıda xidmətlərin satışı ilə bağlı iki şöbəyə, həmçinin Gəncədə regional filiala malikdir. Lənkəranda və Xaçmazda nümayəndəliyin açılışı nəzərdə tutulur.

Şəkidə filialın açılış mərasimində şəhərin icra hakimiyyətinin rəhbəri Nazim İbrahimov, Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədr müavini Əsgər Məmmədov, Beynəlxalq Sığorta Şirkətinin idarə heyətinin sədri Feyruz Novruzov iştirak ediblər.

BSŞ-nin şəki ofisinin ünvanı aşağıdakıdır: M.Ə. Rəsulzadə küç., 149, şəhərin mərkəzi hisssəsi.

Şirkətin ofisinin yeri seçilərkən ilk növbədə müştərilərin rahatlığı nəzərə alınıb. Filialın fəaliyyəti Balakən, Qax, Zaqatala, Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti