...

Azərbaycanın kənd təsərrüfatı məhsullarının əksəriyyəti genetik cəhətdən modifikasiyaya uğrayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2007 13:53 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı məhsullarının əksəriyyəti genetik cəhətdən modifikasiyaya uğrayıb

Azərbaycan, Bakı / Trend müx. Ü.İsmayılova/ Azərbaycanın kənd təsərrüfatı məhsullarının böyük əksəriyyətini genetik modifikasiya olunmuş mallar təşkir edir. Bu barədə məlumat verən Azərbaycan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, sözügedən məhsullar müxtəlif kənd təsərrüfatı mallarını məhv edir.

O bildirib ki, səkkiz il əvvəl Azərbaycanda 14 növdə qarpız yetişdirilirdisə, indi bu rəqəm birə enib. Bu məhsulun əksəriyyəti genetik cəhətdən modifikasiya edilib.

Birliyin apardığı monitorinqlər göstərib ki, Azərbaycanın istehlakçı bazarında bitki yağlarının 80 faizindən çoxunu genetik məhsullar təşkil edir. Eyni zamanda məlum olub ki, çipslərin 90 faizi və kartofun 70 faizi də genetik dəyişikliklərə məruz qalıb.

Hüseynov qeyd edib ki, rəhbərlik etdiyi quruma Milli Məclisdən "Ekoloji təmiz kənd təsərrüfatı" (orqanik kənd təsərrüfatı) adlı qanun layihəsi daxil olub. Birlik artıq parlamentə öz təkliflərini verib. Bu təkliflərə əsasən, Azərbaycanda genetik məhsulların satışı qadağan olunmalı və bu məsələ qanunla tənzimlənməlidir. Hüseynovun sözlərinə görə, qanun layihəsinin müzakirəsi parlamentin payız sessiyasında gözlənilir.

Genetik modifikasiya olunmuş orqanizmlər genetik mühəndislik metodları ilə yaradılır. Bu metodlar bitki, heyvan və yaxud mikroorqanizmin geninə ona müəyyən xüsusiyyətlərin verilməsi üçün digər orqanizmdən DNK parçasını daxil etmək imkanı verir.

Xəbər lenti

Xəbər lenti