...

Qırğızıstan hökuməti EITI sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir

Energetika Materials 5 Oktyabr 2007 16:02 (UTC +04:00)
Qırğızıstan hökuməti EITI sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Qırğızıstan hökuməti hasilat sənayesində şəffaflığın təmin edilməsi (ELTI) sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir. Bunu cümə axşamı Qırğızıstanın EITI üzrə koalisiyasının PR-meneceri Yelena Çereminina bildirib.

Çeremininanın sözlərinə görə, Qırğızıstan və Azərbaycanın 2004-cü ildən EITI-nin üzvü olmasına baxmayaraq, bir müddət öncə ölkədə mövcud olan qeyri-stabillik səbəbindən bu sahə hələ ki inkişaf etmir.

Çeremininanın fikrincə, Qırğızıstanda EITI-nin tətbiqində problem ölkə qanunlarında şəffaflığın olmamasıdır ki, bununla da iri dövlət müqavilələri ictimaiyyət üçün bağlı qalır.

Xəbər lenti

Xəbər lenti