Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Amerikanın Energy Solar Turbo şirkəti "Neft Daşları" dəniz yatağında quraşdırılacaq elektrik stansiyası üçün qaz-turbin avadanlığının tədarükü üzrə tenderin qalibi olub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.
Bu yatağın işlənilməsi ilə ARDNŞ məşğul olur.
Yeni elektrik stansiyasının texniki-iqtisadi əsaslandırılması aparılır.
Layihələndirmə və tikinti işləri ümumilikdə 18 aya başa gələcək.
Yataqda 1985-ci ildə istismara verilmiş qaz-turbin elektrik stansiyası fəaliyyət göstərir. Stansiya "Neft Daşları" yatağından, həmçinin, "Günəşli" yatağını işləyən "28 May" neft -qazçıxarma idarəsinə aid olan yataqlardan neft və qazın nəqlində böyük rol oynayır. Bu yataq Azərbaycan Dövlət Neft Şirkətinin ümumi neft-qaz hasilatının yarısından çoxunu verir. Köhnə stansiyanın gücü 48 MVt təşkil edir