...

Azərbaycan öz qazının Gürcüstana tədarükünü bərpa edib

Energetika Materials 3 Dekabr 2007 14:45 (UTC +04:00)
Azərbaycan öz qazının Gürcüstana tədarükünü bərpa edib

Azərbaycan, Bakı / Trend müxbir V.Şərifov/ Bazar ertəsi "Azəriqaz" QSC-dən verilən məlumata görə, Azərbaycan ötən həftənin sonundan Gürcüstana təbii qaz tədarükünü bərpa edib.

"Azəriqaz" Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) öz vəsaiti hesabına yataqlardan hasil etdiyi qazın tədarükü ilə məşğul olur.

Gürcüstana hər gün 1 mln. kubmetr qaz tədarük olunur.

2008-ci ildə Azərbaycandan Gürcüstana tədarük olunacaq qazın həcmi müəyyən olunmayıb.

Məsələyə dekabrda baxlacaq.

Xəbər lenti

Xəbər lenti