...

Azərbaycanda neft koksu istehsalı artıb

Energetika Materials 7 Dekabr 2007 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Yanvar-noyabr aylarında H.Əliyev adına neft emalı zavodu (keçmiş "Azneftyanacaq") 2006-cı ilin yanvar-noyabr aylarının 57,37 min ton göstəricisi ilə müqayisədə 73,12 min ton neft koksu istehsal edib. Bu barədə cümə günü tərkibinə bu zavodun da daxil olduğu Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

Ümumilikdə 2006-cı ildə 67,24 min ton neft koksu istehsal olunub. 2005-ci ildə isə müəssisədə neft koksu istehsal olunmayıb. Azərbaycanda istehsal olunan neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti