...

Yeni il bayramında elektrik enerjisi Bakıya fasiləsiz rejimdə veriləcək

Energetika Materials 25 Dekabr 2007 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyəti (Bakının elektrikpaylama şəbəkəsini idarə edir) qarşıdakı Yeni il bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib. Bu barədə çərşənbə axşamı SC-nin ictimaiyyət və mətbuatla əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, bayram günləri elektrik enerjisi abonentlərə fasiləsiz rejimdə veriləcək. "Qaynar xətt" telefonu 199 bütün gün ərzində işləyir. Abonentlər bu telefonla mürəciət edə bilərlər və onların problemləri operativ həll ediləcək" - Mustafayev bildirib.

Hazırda Bakı şəhərinin abonentlərinə (təxminən 600 min) hər gün 30-35 mln. kVt/s elektrik enerjisi verilir. "Bakıelektrikşəbəkə"nin nümayəndəsi elektrik enerjisinə görə borcları, həmçinin debitor borcları olan abonentlərin borclarını ödəmələrinin vacib olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti