...

Azərbaycan Ukraynaya neft tədarükü üçün BM yaratmağı təklif edir

Energetika Materials 25 Yanvar 2008 17:19 (UTC +04:00)

Ukrayna, Kiyev, 25 yanvar / " müxbir Z.Novosvitski/ Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Tələt Əliyev Ukraynaya Azərbaycandan bu ölkəyə neft tədarükü üçün Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Birgə Müəssisə yaratmaq məsələsini tədqiq etməsini təklif edib və ümumi işçi qrupun fəaliyyətini fəallaşdırmağa çağırıb.

Ukraynanın Yanacaq və Energetika Nazirliyindən verilən məlumata görə, səfir bu barədə yanvarın 24-də Ukraynanın yanacaq və energetika naziri Yuri Prodan ilə görüş zamanı bildirib.

Görüş zamanı Əliyev Azərbaycanın, ARDNŞ-nin Ukraynanın neft hasilatında mümkün işitrakı və neft məhsullarının Avropa bazarlarına birgə reallaşıdırlmasında maraqlı olduğunu ifadə edib.

Nazir səfirin təkliflərini dəstəkləyib və bu məsələni şəxsi nəzrəti altında saxlayacağına əmin edib.

Xəbər lenti

Xəbər lenti