...

Yanvarda Azərbaycanın daxili bazarında neft məhsullarının satışı azalıb

Energetika Materials 18 Fevral 2008 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / " / Yanvarda Azərbaycanın daxili bazarına 438,6 min ton neft məhsulu yönəlib, bu da 2007-ci ilin yanvar göstəricisindən 1,3 faiz azdır - ölkənin Dövlət Statistika Komitəsindən bildiriblər.

Yanvardakı ümumi həcmin 52,8 min tonu avtomobil benzininin payına düşüb, bu da 2007-ci ilin yanvar göstəricisindən 5,7 faiz azdır. Azərbaycanın daxili bazarında 1 ton A-92 markalı avtomobil benzininin topdansatış qiyməti (təchizat xərcləri və ƏDV daxil olmaqla) 670 AZN, A-95 markası - 736 AZN təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarda Azərbaycanın "Azpetrol"u reallaşdırma üçün 28,8 min ton, "LUKoil" - 9 min ton avtomobil benzini alıb.

Yanvarda daxili bazarda dizel yanacağı 62 min ton satılıb, bu da 2006-cı ilə nisbətən 23,8 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının topdansatış qiyməti (təchizat xərcləri və ƏDV daxil olmaqla) 485 AZN təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarda "Azpetrol" bu həcmdən 24,7 min ton, "LUKoil" - 8,4 min ton dizel yanacağı alıb. Xəzər Dəniz Gəmiçiliyi 2 min ton dizel yanacağı əldə edib.

Daxili bazarda ən çox yanacaq mazutu reallaşdırılıb. Yanvarda bu qara neft məhsulundan 205,4 min ton satılıb, bu da 2007-ci ilin analoji dövr göstəricisindən 30,3 faiz azdır. Azərbaycanın daxili bazarında 1 ton M-40 mazutun topdansatış qiyməti (təchizat xərcləri və ƏDV daxil olmaqla) 100 AZN təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, sonrakı emal üçün "Azerenerji" SC 143,2 min ton və "Heydər Əliyev adına" Bakı Neft Emal zavodu 58 min ton mazut alıb.

Aviasiya üçün ağ neft 41 min ton satılıb, bu da 2007-ci ilin analoji dövr göstəricisindən 10,9 faiz azdır. Azərbaycanın daxili bazarında 1 ton aviasiya üçün ağ neftin topdansatış qiyməti (təchizat xərcləri və ƏDV daxil olmaqla) 307 AZN təşkil edir.

Yanvarda daxili bazarda 4 min ton neft bitumu satılıb, bu da 2007-ci ilin yanvar göstəricisindən 27,7 faiz azdır. Azərbaycanın daxili bazarında 1 ton BN 60/90 bitumun topdansatış qiyməti (təchizat xərcləri və ƏDV daxil olmaqla) 160 AZN təşkil edir.

Xəbər lenti

Xəbər lenti