...

Avropa İttifaqı Transxəzər boru kəmərini dəstəklədiyni bəyan edib

Energetika Materials 7 Mart 2008 12:14 (UTC +04:00)
Avropa İttifaqı Transxəzər boru kəmərini dəstəklədiyni bəyan edib

Azərbaycan, Bakı, 7 mart / Trend , müxbir K.Ramazanova/ Avropa İttifaqı (Aİ) Transxəzər neft və qaz kəmərlərinin tikiti layihəsini texniki və iqtisadi cəlbediciliyinə görə dəstəkləyir. Bu barədə cümə günü Bakıda jurnalistlərə Aİ-nin Mərkəzi Asiyada xüsusi nümayəndəsi Pyer Moreo bildirib.

"Biz heç bir siyasi motiv güdmürük", - deyə Moreo vurğulayıb. Onun sözlərinə görə, boru kəmərləri Avropaya enerji tədarükünün diversifikasiyasına imkan verəcək, həmçinin Mərkəzi Asiya və Qafqaz ölkələri arasında əməkdaşlığı möhkəmləndirəcək.

Xəzərdə sualtı qaz kəməri tikintisinin ilkin dəyəri (Xidmət və materiallar hazırkı qiymətlərlə) 11,5 mlrd. dollar həcmində qiymətləndirilir. Onun nəql imkanları ildə 22 mlrd. kubmetr qaz təşkil edə bilər. Ekspertlər bildirirlər ki, bu boru kəmərinin çəkilməsi üzrə texniki şərtlər "Mavi axın" (Rusiyadan qara dəniz vasitəsilə Türkiyəyə) layihəsi üzrə boru kəmərinin çəkilməsindən daha faydalıdır. Bu Xəzərdə dərinliyin az olması və təbii mühitin Qara dənizlə müqayisədə daha əlverişli olması ilə izah olunur.

Bu boru kəməri Cənubi Qafqaz qaz kəməri ilə birləşdirilə bilər. Hazırda Cənubi Qafqaz boru kəməri ilə Azərbaycanın qazkondensat yatağı olan "Şah Dəniz"dən qaz Gürcüstandan keçməklə Türkiyəyə nəql olunur. Gələcəkdə bu qazın Yunanıstan və Bolqarıstandan İtaliyaya, daha sonra isə Avropaya nəql olunması nəzərdə tutulur.

Cənubi Qafqaz qaz kəmərinin nəql gücünün ildə 20 mldr. kubmetr təşkil etməsinə baxmayaraq, ekspertlərin qiymətləndirməsinə görə, o, nəql üçün sərbəst həcmə malik olacaq və bu da Azərbaycanda qaza olan təlabatın artma ehtimalı ilə izah olunur. Bundan əlavə boru kəmərini nəlq gücnün genişləndirilməsi üçün texniki imkanlar mövcuddur.

Xəbər lenti

Xəbər lenti