...

Azərbaycan neftinin qiyməti rekord göstəriciyə çatıb

Energetika Materials 12 Mart 2008 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir A.Bədəlova/ Martın 11-də CİF liman Auqusta şərtlərilə Azərbaycan neftinin qiyməti $107,69/barelə çatıb. 1997-ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən çərşənbə günü verilən məlumatda deyilir ki, çərşənbə axşamı neftin qiyməti bazar ertəsi ilə müqayisədə $1,14/barr. qalxıb.

"Azeri Light" növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır.

ARNDŞ-dən bildiriblər ki, martın 11-də FOB Türkiyənin Ceyhan Limanı şərtləri ilə Azərbaycan neftinin qiyməti $106,48/barr. təşkil edib və bu, əvvəlki qiymətdən $1,06/barr. çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URALS növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URALS şəklində satılır.

Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan nefindən geri qalır.

Martın 11-də Novorossiysk limanından yüklənmə ilə URALS neftinin qiyməti $100/barr təşkil edib və bu əvvəlki qiymətdən $1,01/barr. çoxdur.

Şimal dənizində hasil edilən Brent Dated etalon növü ilə də oxşar haldır. Martın 11-də "Brent Dated" neftinin bir barelinin qiyməti $107,36/barelə çatıb və əvvəlki qiymətdən $1,46/barr. çox olub.

Xəbər lenti

Xəbər lenti