...

ARDNŞ gəmisi Xəzər dənizinin Türmənistan sektorunda fəaliyyətə başlayıb

Energetika Materials 19 May 2008 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend / Azərbaycanın Xəzər Dəniz Neft Donanmasının "General Əlağa Şıxlinski" kran gəmisi Xəzər dənizinin Türkmənistan sektorunda yerləşən "Livanova Bankası" yatağında ikibloklu platformanın quraşdırılması işlərini həyata keçirir. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) bazar ertəsi yayılan məlumatında bildirilir. İşlər mayın sonunadək davam etdiriləcək.

Gəmi ikibloklu platformanın quraşdırılması işlərini dənizin 62 metr dərinliyində həyata keçirir. Hər bir blokun çəkisi 340 tondur.

"Livanova Bankası" yatağı hələ Sovet dönəmində azərbaycanlı geoloqlar tərəfindən kəşf olunub.

Xəbər lenti

Xəbər lenti