...

2007-ci ildə Azərbaycanın Dövlət Neft Fondunun gəlirləri gözləmələri ötüb

Energetika Materials 14 İyul 2008 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı,14 iyul/ Trend / Azərbaycan prezidentinin sərəncamı ilə Dövlət Neft Fondunun (ARDNF) 2007-ci il büdcəsinin icrası 824,961 mln. manat profisitlə təsdiq edilib. Bu barədə Fondun bazar ertəsi yayılan məlumatında deyilir.

Neft Fondunun gəlirləri 1 886 164,8  min manat icra edilib və bu, proqnoz göstəricilərini 21,2% ötür. Büdcənin məxaric hissəsi kəsirlə yerinə yetirilib və 1 061 203,5 min manat təşkil edib. Bu göstərici proqnozdan 4,9% azdır.

2007-ci ildə Neft Fondunun gəlirləri 1 555 739,6 min manta, xərcləri isə 1 115 566,9 min manat səviyyəsində təsdiq edilib.

İyulun 14-nə olan cari məzənnə - 0,8057 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti