...

Azərbaycan yüngül neftin hesabına Bakı - Novorossiysk boru kəməri ilə neftin nəqli həcmini artıra bilər

Energetika Materials 22 Sentyabr 2008 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr/ Trend , müxbir S.Əliyev/ "Rusiyanın "Transneft" şirkəti, Bakı ї Novorossiysk neft kəməri ilə, nəqletmə ildə 5 mln. ton olmaqla, Novorossiysk Qara dəniz limanında Azərbaycanın yüngül neftinin keyfiyyətinin saxlanılmasını təmin etməyə hazırdır", - Azərbaycanın Dövlət Neft Şirkətinin (ARDNŞ) yüksək vəzifəli nümayəndəsi bildirib.

Bu boru kəmərindən istifadə Azərbaycan neftinin nəqletmə marşrutlarının diversifikasiyası baxımından vacibdir, - şirkətdəki mənbə qeyd edib. Son hadisələr : Bakı ї Tbilisi ї Ceyhan (BTC) neft kəmərinin yanğınla əlaqədar dayandırılması, gürcü-osetin münaqişəsi ilə əlaqədar Bakı ї Supsa boru kəmərində əməliyyatların dayandırılması və neftin dəmir yolu ilə Qara dəniz limanlarına nəqlinin xeyli çətinləşməsi buna zərurətin olduğunu göstərib.

Bu gün Dövlət Neft Şirkəti Bakı ї Novorossiysk neft kəməri ilə ildə təxminən 1 mln. ton neft nəql edir. Bu həcm həmin marşrutun saxlanılması üçün minimaldır,- ARDNŞ - dəki mənbə bildirib.

Bu marşrut üzrə nəqletmə həcmini 5 mln. tona çatdırmaq üçün Bakı ї Novorossiysklə Azərbaycanın Azeri Light yüngül neftini nəql etmək nəzərdə tutulur. Azərbaycanın Dövlət Neft Şirkəti ümumi həcmdən 2 mln. ton yüngül neft nəql etməyə hazırdır. Qalan həcmin ї 3 mln. tonun təmin edilməsi üçün "Azəri ї Çıraq ї Günəşli" yataqları blokundan neft hasil edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) (operator BP) iştirakçıları ilə danışıqlar aparılır. Bu gün, öz neftlərini dəmir yolu ilə Batumi limanına nəql edən Exxon və Devon şirkətləri istisna olmaqla, layihə üzrə bütün tərəfdaşlar öz neftlərini Bakı ї Tbilisi ї Ceyhan boru kəməri ilə göndərirlər.

ABƏŞ iştirakçıları (o cümlədən Exxon və Devon) keyfiyyətin bankının (Novorossiysk limanında yüngül neftin keyfiyyətinin saxlanılması) verilməsi ilə bağlı olaraq və nəqletmə marşrutlarının diversifikasiyası məqsədilə, öz neftlərini bu istiqamət üzrə nəql etməkdə maraqlı olacaqlar, - ARDNŞ - də hesab edirlər. Bundan əlavə, "Azəri ї Çıraq ї Günəşli" yatağının işlənilməsi müqaviləsinə əsasən, Azərbaycan şəxsi ehtiyacları üçün ї məsələn, emal üçün yataqdan hasil edilən neftin 10 faizini almaq hüququna malikdir.

Bu gün Bakı ї Novorossiysk boru kəməri ilə nəql edilən neftin çıxışda (Novorossiysk limanında) digər istehsalçıların nefti ilə qarşıması ilə əlaqədarUrals markalı neft alınır. "Transneft" illik nəqletmə, ən azı 5 mln. ton olmaqla, Novorossiysk limanında Azərbaycanın yüngül neftinin keyfiyyətini saxlamağa hazırdır.

İlin sonunadək Bakı ї Novorossiysk boru kəmərinin operatoru Beynəlxaql Əməliyyat Şirkəti olub. İlin əvvəlindən operator Dövlət Neft Şirkətidir. Bununla yanaşı, ARDNŞ - nin nümayəndələri qeyd edirlər ki, ABƏŞ üzrə tərəfdaşlar gələcəkdə bu marşrut üzrə neftin nəqlini ümumiyyətlə həyata keçirməmək niyyətində idilər. Lakin, ABƏŞ üzrə tərəfdaşlar (BTC layihəsinin iştirakçıları) Gürcüstandakı hadisələrlə əlaqədar bu marşrut üzrə neftin nəqlini bərpa etməyə məcbur olublar.

"Azəri-Çıraq- Günəşli" yatağından hasil olunan neftin pay bölgüsü barədə müqavilənin tərəfdaşları aşağıdakılardır: BP (operator- 34,1%), "ChevronTexaco" (10, 2814%), ARDNŞ (10%), İNPEX (10%), "Statoil" (8, 5633%), "ExxonMobil" (8,006%), TRAO (6,75%), "Devon Energy" (5,6262%), "İtochu" (3,9205%), "Delta Hess" (2,7213). Layihəyə lazımi kapital yatırımları 20 mlrd. dollar təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti