...

Kulevi neft terminalının sahibi SOCAR ekoloji fəlakətin qarşısını almağa çalışır

Energetika Materials 6 Oktyabr 2008 13:46 (UTC +04:00)

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 06 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın ətraf mühitin qorunması və təbii ehtiyatlar naziri İrakli Qvaladze Qara dənizdə Ukraynanın "Skadovsk"gəmisinin qəzaya uğraması nəticəsində yarana biləcək ekoloji fəlakətlə şəxsən tanış olub.

"İndi batmış gəmi möhkəmləndirilib. Yaxın saatlarda daha bir fırtına gözlənilir, gəminin əlavə zədə almasına imkan vermək olmaz", - Qvaladze bildirib.

"Dənizin çirklənməsi realdır, belə ki, batmış gəmidə 30 ton yanacaq olub. Hazırda yanacağın dağılmasının qarşısını almaq üçün işlər görmək lazımdır", - nazir deyib.

Ekoloji fəlakətin qarşısının alınması üzrə işləri, Kulevi neft terminalının sahibi SOCAR-ın sifarişinə əsasən gürcü və ukraynalı mütəxəssislər aparırlar.

Qara dənizin Kulevi limanında dərinliyin artırılması üzrə işləri görən Ukraynanın "Skadovsk" gəmisinin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, iki nəfər isə itikin düşüb. Gəminin göyərtəsində olan 31 nəfərdən 28-i xilas edilib.

Qəza terminalın fəaliyyətinə heç bir təsir göstərməyib. Gəmilərin limana daxil olmasına heç bir maneə yoxdur. Hazırda terminalda yükləmənin aparılmaması sifarişin olmaması ilə bağlıdır.

Limanda dərinliyin artırılması üzrə işlər ora iri gəmilərin daxil olmasına şəraitin yaradılması üçün aparılıb.

SOCAR-ın Kulevi terminalı eyni vaxtda 168 sistern-vaqonu qəbul edə bilər. Terminalın ümumi aşırma gücü 2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut  daxil olmaqla ildə 10 mln. maye neft məhsulları təşkil edir. Terminalın çən parkının ümumi tutumu 320 min kubmetrdir. Terminalın illik gücünü 15- 20 mln. tonadək artırmaq, çən parkını isə 380 min kubmetrədək genişləndirmək planlaşdırılır.

Terminal dörd dəmir yolu, giriş kanalı və üç yanalmaya malikdir. Terminalın strukturuna neft və neft məhsullarının keyfiyyətinin yoxlanması üzrə laboratoriya, qaz yüklənməsi üçün xüsusi eskadalar, həmçinin doqquz köməkçi servis gəmisindən ibarət mobil donanma və 13,8 km uzunluğunda "Kolxeti-Kulevi" yeni dəmir yolu xətti daxildir. Hesablamalara görə, terminal 100 min tondan 150 min ton dedveytə qədər tankerləri qəbul etmək imkanına malikdir.

Xəbər lenti

Xəbər lenti