...

Azerkimya istehsal həcmini artıra və əncəbi şirkətlər üçün etibarlı tərəfdaş ola bilib

Energetika Materials 15 Oktyabr 2008 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend / Azerkimya Dövlət Şirkətinin (DŞ) müəssisələri doqquz ay ərzində, 2007-ci ilin eyni dövrü ilə müqayisədə, 60 faiz çox məhsul istehsal edib.

Dövlət şirkətinin məlumatında bildirilir ki, sentyabr ərzində Azerkimya-nın müəssisələrində əmtəə məhsulu istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfə artıb.

İlin əvvəlindən "Etilen-polietilen" zavodu, səthi - fəal maddələr zavodu və "Sintezkauçuk" ən müvəffəqiyyətli müəssisələr olub.

Doqquz ay ərzində Azerkimya proqnozlaşdırılandan xeyli çox həcmdə yüksək keyfiyyətli polietilen, kaustik soda, propilen, piroliz qətranı, butadion-divinil qarışıqlaır, ağır qətran, azot və digər məhsul növü istehsal edib.

Doqquz ay üzpə satış proqnozu ikiqat yerinə yetirilib. Məhsulların böyük hissəsi İtaliya, İspaniya, Belçika, Türkiyə, İran, Latviya, o cümlədən də MDB ölkələrinə - Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan və Türkmənistana realizə edilib.

Azerikimya istehsal həcmini artıra və bununla da əcnəbi şirkətlər üçün etibarlı tərəfdaş ola bilib. Sifarişçilərin sayının artması buna dəlalət edir, - DŞ- də bildiriblər.

Xəbər lenti

Xəbər lenti