...

"Bakıelektrikşəbəkə" Bakıda istifadə olunan elektrik enerjisinə görə yığımı artrıb

Energetika Materials 30 Yanvar 2009 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar/ Trend , müxbir E.İsmayılov/

2008-ci ildə Bakı abunəçilərindən istifadə olunan elektrik enerjisinə görə vəsait yığımı orta hesabla 76,5 faiz (330 mln. manat) təşkil edib. Bu barədə "Bakıelektrikşəbəkə" SC-nin (Bakıda elektrik enerjisi satışı və paylanması ilə məşğul olur) rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Ötən il paytaxt əhalisi arasında istifadə olunan elektrik enerjisinə görə vəsait yığımı 84 mln. manatdan artıq - orta hesabla təqribən 79,3 faiz təşkil edib.

2008-ci ildə ticarət müəssisələri üzrə yığım təqribən 102,2 faizə və ya təqribən 32,4 mln. manata bərabər olub.

Ötən il "Bakıelektrikşəbəkə" "Azərenerji" SC-yə (Azərbaycanda iri enerji istehsalçısı) SC tərəfindən verilən elektrik enerjisinə görə orta hesabla 80,5 faiz ödəmə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti