...

Azərbaycanın sənaye və energetika naziri OPEK-in iclasında iştirak edəcək

Energetika Materials 12 Mart 2009 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir S.Əliyev /

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev OPEK-in martın 15-də Vyanada baş tutacaq iclasında iştirak edəcək. Bu barədə cümə axşamı nazirliyin mətbuat xidmətinin başçısı Azər Mənsimli bildirib.

Görüş çərçivəsində beynəlxalq bazarlarda neftin qiymətinin qaldırılması istiqamətində mümkün işlərə baxılması nəzərdə tutulub.

Əlcəzairin Oran şəhərində OPEK-in ötən ilin dekabrında baş tutan sessiyasında 2009-cu ilin yanvarın 1-dən etibarən sutkalıq neft hasilatının 2,2 milyon barel azaldılması istiqamətində qərar qəbul edilmişdi.

Ötən ilin sentyabrı ilə müqayisədə beynəlxalq neft karteli neft hasilatının həcmini gün ərzində 4,2 milyon barel azaldıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti