...

Azərbaycanla Rusiya arasında olan qaz razılaşması "Nabukko" layihəsini şübhə altına almır – səfir

Energetika Materials 2 May 2009 14:50 (UTC +04:00)
Azərbaycanla Rusiya arasında olan qaz razılaşması "Nabukko" layihəsini şübhə altına almır – səfir

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir C.Babayeva /

Rusiya və Azərbaycan arasında olan qaz razılaşması "Nabukko" layihəsinin reallaşmasını şübhə altına almır. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc şənbə günü deyib.

"Nabukko layihəsi çox perspektivlidir. Hazırda layihə ilə bağlı danışıqlar aparılır. Əminəm ki, yaxın zamanlarda layihənin reallaşması istiqamətində konkret addımlar atılacaq", - Kılıc qeyd edib.

Aİ və ABŞ tərəfindən dəstəklənən "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. Bu kəmər üzrə tədarüklər 2014-cü ildə başlanılacaq. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti