...

Türkiyə Azərbaycandan qaz alışı həcmini artıracaq

Energetika Materials 18 İyul 2009 13:20 (UTC +04:00)
"Türkiyə Azərbaycanın "Şahdəniz" yatağından qaz alışı həcmini müqavilədə göstərilən 6,6 milyard kubmetrdən 8 milyard kubmetrə qədər artırmağa hazırdır", - Azərbaycanın neft-qaz sənayesindəki mənbədən bildirilib.

Azərbaycan, Bakı, 18 iyul / Trend /

"Türkiyə Azərbaycanın "Şahdəniz" yatağından qaz alışı həcmini müqavilədə göstərilən 6,6 milyard kubmetrdən 8 milyard kubmetrə qədər artırmağa hazırdır", - Azərbaycanın neft-qaz sənayesindəki mənbədən bildirilib.

"Ancaq tədarük həcminin artımı Azərbaycan qazının Türkiyə ərazisindən tranzit satışı və bu mərhələdə satılan yanacağın qiymətinin artımı ilə bağlı tranzit müqaviləsinin bağlanılması ilə birbaşa əlaqədar ola bilər", - ekspertlər hesab edir.

Bu gün Azərbaycan qazı Türkiyəyə min kubmetri 120 dollar qiymətinə tədarük edilir. Türkiyə ilə müqaviləyə əsasən, "Şahdəniz" yatağından çıxarılan qazın qiymətinə tədarükün başlanğıcından bir il sonra yenidən baxıla bilər. Yəni yeni qiymət 15 aprel 2008-ci ildən tətbiq edilir.

Müqaviləyə əsasən, Türkiyə "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində 6,6 milyard kubmetr qaz almalıdır. Bu həcmə tərəfdaşlar artıq bu ildə nail olacaqlar.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trln. kubmetr həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti