...

Azərbaycan paytaxtında gizli yolla benzin oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib - DİN

Energetika Materials 1 Sentyabr 2009 17:07 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov çərşənbə axşamı Trend News-a bildirib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakinləri "Kompaniya FF" MMC-nin rəhbəri Fikrət Qasımov, qardaşı Fərhad Qasımov, Tərtər sakini sürücü Xanlar Quliyev və adları artıq müəyyən edilmiş şəxslərlə cinayət əlaqəsinə girərək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun istehsalat sexini hazır məhsul anbarı ilə birləşdirən hissədən gizli yolla yeraltı boru xətti çəkərək benzin oğurladıqlarına görə tutulublar.
Azərbaycan paytaxtında gizli yolla benzin oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib - DİN

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan paytaxtında gizli yolla benzin oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov çərşənbə axşamı Trend -a bildirib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakinləri "Kompaniya FF" MMC-nin rəhbəri Fikrət Qasımov, qardaşı Fərhad Qasımov, Tərtər sakini sürücü Xanlar Quliyev və adları artıq müəyyən edilmiş şəxslərlə cinayət əlaqəsinə girərək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun istehsalat sexini hazır məhsul anbarı ilə birləşdirən hissədən gizli yolla yeraltı boru xətti çəkərək benzin oğurladıqlarına görə tutulublar.

Zahidov bildirib ki, onlar yeraltı boru xətti vasitəsilə avtomobillərlə Aİ-95 markalı benzin oğurlayaraq satışı ilə məşğul olublar.

Faktla bağlı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin oğurluq (177.3.3) maddəsi ilə cinayət işi açılıb.

DİN rəsmisinin sözlərinə görə, mütəşəkkil dəstənin azadlıqda qalan digər üzvlərinin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti