...

Azərbaycanın şimalında elektrik enerjisi istehsalı artıb

Energetika Materials 14 Sentyabr 2009 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr / Trend /

Yanvar-avqust aylarında Azərbaycanın şimal rayonlarının elektrik enerjisi ilə təmin olunmasında böyük rol oynayan Xaçmaz elektrik stansiyası tərəfindən proqnozlaşdırılan 133 milyon kilovatt saata nisbətdə 150,5 milyon kilovatt saat elektrik enerjisi istehsal edilib, bu barədə "Azərenerji" SC-nin bazar ertəsi yayılan məlumatında deyilir.

Avqustda elektrik enerji stansiyası tərəfindən təxminən 8,7 milyon kilovatt saat elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırılan elektrik enerjisindən 680 min kilovatt saat çoxdur.

Sentyabrın 1-nə olan göstəricilərə əsasən, ölkədə elektrik stansiyasının istismara verilməsi anından etibarən bir milyard kilovatt saatdan çox elektrik enerjisi istehsal edilib. Stansiya 10 aqreqatdan ibarətdir, onun ümumi gücü 87 meqavatt təşkil edir.

Xəbər lenti

Xəbər lenti