...

ARDNŞ Azərbaycanda quruda yataq modelini təqdim edəcək

Energetika Materials 29 Sentyabr 2009 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir E.İsmaylılov/

ARDNŞ oktyabrın birinci yarısında "Kürsəngi" yatağının şimal hissəsinin modelinin qurulmasını tamamilə başa çatdıracaq. Bu barədə çərşənbə axşamı ARDNŞ-dəki mənbədən məlumat verilib.

"Hər şey yekun mərhələdədir, bütün işlərin oktyabrın birinci yarısında başa çatdırılması güman edilir", - mənbədən deyilib.

Mənbənin dediyinə görə, hazırda görülən işlərin rəsmi hesabatı hazırlanır və bu hesabat sifarişçiyə təqdim ediləcək. Sifarişçi "Kürsəngi-Qarabağ" müqavilə sahəsini işləyən "Salyan Oil" şirkətidir.

Əvvəllər ARDNŞ "Kürsəngi" yatağının cənub hissəsinin modelləşdirilməsi üzrə işləri başa çatdırıb. Yataqda yeni quyuların təməli haqqında proqnozlar təqdim edilib. Müqavilə sahəsində ümumilikdə 80 quyu qazılıb. Yatağın proqnozlaşdırılan ehtiyat göstəricisi ilə ilkin proqnoz arasında elə də böyük fərq olmayıb. Əvvəlki proqnoz göstəricisi 18 milyon tona bərabər olub.

Yataq Salyan rayonunda yerləşir. ARDNŞ-nin mütəxəssislərinə görə, müqavilə sahəsində qalan neft ehtiyatı 152 milyon tondur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti