...

Dünyada enerjiyə tələbat təxminən 50 faiz artacaq- BP rəhbərliyi

Energetika Materials 10 Oktyabr 2009 13:14 (UTC +04:00)
BP şirkətinin rəhbəri Toni Heyvord bildirib ki, 2030-cu ildə enerjiyə olan tələbat 45 faizə qədər artacaq. Buanes-Ayresdə keçirilən 24-cü dünya qaz konfransında çıxış edərkən Heyvord bildirib ki, biz bu enerjinin çatdırılması üçün görüləcək işlərin həcmini qiymətləndirməyə bilmərik.
Dünyada enerjiyə tələbat təxminən 50 faiz artacaq- BP rəhbərliyi

Azərbaycan, Bakı, 09 oktyabr / Trend

BP şirkərinin rəhbəri Toni Heyvord bildirib ki, 2030-cu ildə enerjiyə olan tələbat 45 faizə qədər artacaq.

Buanes -Ayresdə keçirilən 24-cü dünya qaz konfransında çıxış edərkən Heyvord deyib ki, biz bu enerjinin çatdırılması üçün görüləcək işlərin həcmini qiymətləndirməyə bilmərik.

Onun sözlərinə görə, bu enerjinin çatdırılması üçün 25-30 milyon dollar investisiya qoymaq lazım gələcək ki, bu da 2030-cu ilə qədər ildə bir trilyondan çoxdur.

"Mövcud yataqlarda hasilatın azaldılmasını, həmçinin artan tələbatı nəzərə alaraq bu müddət ərzində biz sutkada 50 milyon barel neft hasil etməli olacağıq ki, bu da hazırda Yaxın Şərqdə hasil olunan neftdən təxminən iki dəfə çoxdur" Heyvord belə deyib.

Onun fikrincə, enerjiyə olan tələbatın ödənilməsində alternativ enerji mənbələrinin rolunun əhəmiyyəti şübhə doğurmur.

O deyib ki, atom, külək və günəş enerjisi yaxşı fikirdir. Onlar enerji təhlükəsizliyinin təminatı üçün zəruridir və həmçinin iqlim dəyişikliyi ilə mübarizədə gərəkli ola bilər.

Onun fikrincə, alternativ enerji mənbələrinə keçid düşünüldüyü qədər tez olmayacaq. " Biz realist olmalıyıq- karbon qazı tullantısı az olan iqtisadiyyata keçid bir gecədə baş verməyəcək" BP rəhbəri belə deyib.

O hesab edir ki, yeraltı yanacaq öz əhəmiyyətli rolunu qoruyub saxlayacaq. "Biz proqnozlaşdırırq ki, 2030-cu ilə bu yanacaq növü enerjiyə olan tələbatın 80 faizini ödəyəcək" Heyvord vurğulayıb.

BP proqnozlarına görə, dünyada qaz ehtiyatı 185 trilyon kubmetr təşkil edir ki, bu da hazırkı şərtlər altında dünyanı növbəti 60 il ərzində qazla təmin etməyə imkan yaradacaq.

O əlavə edib ki, dünya artıq oyanmalı və təbii qazın üstünlüklərini anlamalıdır.

Xəbər lenti

Xəbər lenti