...

ARDNŞ Belarusda keçirilən iqtisadi forumda iştirak edəcək

Energetika Materials 21 Oktyabr 2009 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr / Trend /

ARDNŞ-nin aparıcı mütəxəssisləri 12-13 noyabrda Minskdə keçiriləcək Belarus iqtisadi-investisiya forumunda iştirak edəcək. Bu barədə Belarusun Azərbaycandakı səfirliyindən məlumat verilib.

İqtisadi forum Belarus Respublikasının Baş naziri Sergey Sidorovskonun sədrliyi ilə keçiriləcək. Forum Belarusda iqtisadiyatın liberallaşması, biznesin aparılması və investisiyanın cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində baş verən proseslərə həsr edilib.

Forumda 500-dən çox nümayəndə heyəti, o cümlədən Belarusun profil nazirlik və idarə rəhbərlikləri, BMT-nin yüksək vəzifəli nümayəndələri, həmçinin iri beynəlxalq və Avropa şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti