...

Aİ "Nabukko" layihəsində Türkmənistana daha çox yer ayırmalıdır – amerikalı analitik

Energetika Materials 3 Noyabr 2009 10:52 (UTC +04:00)
Aİ "Nabukko" qaz kəməri layihəsində Türkmənistan qazına daha çox yer ayırmalıdır. Amerikanın Ceymstaun Fondunun əməkdaşı Vladimir Sokor hesab edir ki, Aİ Türkmənistana "Nabukko" boru kəməri vasitəsilə beş milyard kubmetr həcmində qaz nəql etməyi təklif edə bilər ki, bu da azdır və bu həcmdə qaza görə orta Asiya ölkəsinin Rusiya ilə mübahisə etməsinə dəyməz.
Aİ "Nabukko" layihəsində Türkmənistana daha çox yer ayırmalıdır – amerikalı analitik

Azərbaycan, Bakı, 31 oktyabr / Trend , müxbir K.Konırova, A.Bədəlova/

Aİ "Nabukko" qaz kəməri layihəsində Türkmənistan qazına daha çox yer ayırmalıdır. Amerikanın Ceymstaun Fondunun əməkdaşı Vladimir Sokor hesab edir ki, Aİ Türkmənistana "Nabukko" boru kəməri vasitəsilə beş milyard kubmetr həcmində qaz nəql etməyi təklif edə bilər ki, bu da azdır və bu həcmdə qaza görə orta Asiya ölkəsinin Rusiya ilə mübahisə etməsinə dəyməz.

"Qazın həcmi o qədər böyük olmalıdır ki, bu, Türkmənistana sərf etsin",- Sokor hesab edir. Onun sözlərinə görə, maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabər olan "Nabukko" qaz kəməri əsasən Azərbaycan, İraq və Misir qazının tədarükünü nəzərdə tutur.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək.

Amma Sokorun dediyinə görə, "Nabukko" qaz kəməri Aİ-nin "Cənub dəhlizi" layihəsinin yalnız bir hissəsidir. Bu layihə keçən ilin noyabrında Aİ tərəfindən təklif olunmuşdu və Avropa İttifaqının planına əsasən ildə 80 milyard kubmetr qaz nəql etməlidir.

Türkmənistan böyük ehtiyatlara malikdir və bu gün bu ölkə üçün Rusiyanı nəzərə almadan, daha doğrusu, Xəzər və Qafqazdan keçməklə Avropa ilə birbaşa əlaqə yaratmaq əsas məsələdir, amerikalı analitik hesab edir. "Bu gün bu, böyük siyasi məsələdir",- Sokor deyib.

Türkmənistan təbii qaz ehtiyatlarına görə Rusiya, İran və Qətərdən sonra dünyada dördüncü yeri tutur. BP-nin məlumatına əsasən, 2009-cu ilin əvvəlində Türkmənistanın qaz ehtiyatları 7.94 trilyon kubmetr təşkil edib ki, bu da ümumdünya qaz ehtiyatının 4.3 faizini təşkil edir. BP-nin məlumatına görə, 2008-ci ildə ölkədə qaz hasilatı 66.1 milyard kubmetr təşkil edib ki, bu da 2007-ci illə müqayisədə 0.7 faiz çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti