Azərbaycan, Bakı, 17 noyabr / Trend /
Noyabrın 1-nə əsasən, Azərbaycanın əsas istehlakçılarının mazut ehtiyatı təxminən 341 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5.3 faiz azdır, Dövlət Statistika Komitəsindən bildirilib.
Noyabrın 1-də avtomobil benzini ehtiyatları 17,8 min ton təşkil edib ki, bu da ötən ilin yanvar-oktyabr aylarındakı göstəricidən 14,8 faiz çoxdur.
Əsas istehlakçıların dizel yanacağı ehtiyatı 18,1 min ton təşkil edib ki, bu da 2008-ci ilin analoji göstəricisindən 28,4 faiz çoxdur.
Əsas istehlakçıların maye qaz ehtiyatlarının həcmi 1,4 min ton təşkil edib ki, bu da 2008-ci ilin analoji göstəricisindən 16,7 faiz çoxdur.
Yanvar-oktyabr aylarında əsas istehlakçıların daş kömür ehtiyatları 6,1 min ton təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən iki dəfə çoxdur.