...

Azərbaycan neftinin qiymətləri yanvarın 12-də azalıb

Energetika Materials 13 Yanvar 2010 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir E.İsmayılov/

Yanvarın 12-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $81,59/barel təşkil edib. 1997-ci ildən xarici şirkətlərlə birlikdə yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Dövlət Neft Şirkəti) çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətən $0,58/barel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla bərabər, Azeri Light nefti "Bakı-Supsa" neft kəməri vasitəsilə Supsa limanına nəql edilir.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 12-də $80,41/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,54/barel azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal "Bakı-Novorossiysk" boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 12-də $76,84/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,83/barel azdır.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti yanvarın 12-də $79,42/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $0,58/barel azdır.

Xəbər lenti

Xəbər lenti