...

ARDNŞ dənizdə qazqurutma qurğusu istismara verib

Energetika Materials 18 Yanvar 2010 14:34 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsində (NQÇİ) yerləşən qaz-kompressor stansiyasında qazqurutma qurğusu istismara verib. Bu barədə bazar ertəsi tərkibinə NQÇİ daxil olan ARDNŞ-in məlumatında deyilir.

Azərbaycan, Bakı, 18 yanvar / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsində (NQÇİ) yerləşən qaz-kompressor stansiyasında qazqurutma qurğusu istismara verib. Bu barədə bazar ertəsi tərkibinə NQÇİ daxil olan ARDNŞ-in məlumatında deyilir.

Qurğunun gündəlik məhsuldarlığı 1,5 milyon kubmetr təşkil edir, lakin qurğu sutkada 1 milyon kubmetr məhsuldarlıqla istismara verilib.

Qurğu magistral nəql sisteminə birləşdirilib, elektron ölçü cihazı, avtomatlaşdırılmış idarəetmə, yanğınsöndürmə və nəzarət sistemləri ilə təchiz olunub.

NQÇİ-nin balansında "8 Mart" və "Bulla Dəniz" yataqları var. Bu İdarənin mədənlərindən hər gün 1,3 milyon ton qaz hasil edilir.

Xəbər lenti

Xəbər lenti