Azərbaycan, Bakı, 05 fevral / Trend /
ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kompleks Qazma İşləri Tresti "Darvin bankası" yatağında iki yeni quyu qazmağa başlayıb. Bu barədə ARDNŞ-nin cümə günü yayılan məlumatında deyilir.
Quyulardan biri "Darvin Bankası-660" platformasında qazılır. Quyunun layihə dərinliyi 1510 metrdir. Quyudan sutkada 7-8 ton neft hasil ediləcəyi gözlənilir.
İkinci quyu isə "Darvin Bankası-340" platformasında qazılır. Quyunun layihə dərinliyi 1490 metrdir. Bu quyudan da sutkada 7-8 ton neft hasil ediləcəyi ehtimal olunur.