...

Azərbaycanın tarixində ilk dəfə olaraq neft hasilatının həcmi 50 mln tonu keçib - Baş nazir Artur Rəsizadə

Energetika Materials 16 Mart 2010 14:37 (UTC +04:00)
Azərbaycanın tarixində ilk dəfə olaraq 2009-cu ildə neft hasilatı 2008-ci illə müqayisədə, təxminən, 14 faiz artaraq 50 milyon tonu keçib. Bu barədə Baş nazir Artur Rəsizadə çərşənbə axşamı Milli Məclisdə Nazirlər Kabinetinin 2009-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatının müzakirəsində bildirib.
Azərbaycanın tarixində ilk dəfə olaraq neft hasilatının həcmi 50 mln tonu keçib - Baş nazir Artur Rəsizadə

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir İ.Xəlilova/

Azərbaycanın tarixində ilk dəfə olaraq 2009-cu ildə neft hasilatı 2008-ci illə müqayisədə, təxminən, 14 faiz artaraq 50 milyon tonu keçib. Bu barədə Baş nazir Artur Rəsizadə çərşənbə axşamı Milli Məclisdə Nazirlər Kabinetinin 2009-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatının müzakirəsində bildirib.

"Qaz hasilatı 21,6 milyard kubmetrə çatıb və 2008-ci illə müqayisədə 300 milyon kubmetr artıb", - Rəsizadə deyib.

"Neft emalı zavodlarında fəaliyyətin xeyli yaxşılaşdırılması hər il əsas neft məhsullarına artan tələbatı ödəyib. Ötən il ilk dəfə olaraq neft emalının dərinliyi 90 faiz təşkil edib... 2010-cu ilin əvvəlindən nəqlin diversifikasiyası nəticəsində Azərbaycan təbii qazın Rusiyaya ixracına başlayıb. Gürcüstana qaz nəqlinin həcmi artıb", - Baş nazir bildirib.

Həmçinin Baş nazir bildirib ki, "Azərbaycan əvvəl bağlanmış müqavilə çərçivəsində İrana qaz nəqlinin həyata keçirilməsinə başlamaq üçün hazırlıq işlərini başa çatdırıb. Bu müqavilə bu ilin mart-aprel aylarında 100 milyon kubmetr qaz nəqlini nəzərdə tutur. Hazırda İran və Azərbaycan böyük həcmdə qazın nəqlinə dair uzunmüddətli müqavilənin bağlanması üzrə danışıqlar aparır".

Qaz anbarlarında payız-qış mövsümü üçün rekord həcmdə - 1,9 milyard kubmetrdən çox qaz ehtiyatı yaradılıb.

Xəbər lenti

Xəbər lenti