Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.İsmayılov/
Azərbaycanda "Renaissance Services" şirkətinin "Caspian Protector" adı altında yeni 61 metrlik xilasetmə gəmisi istifadə ediləcək. Bu barədə şirkətin rəsmi saytında yayılan məlumatda deyilir.
Məlumatda deyildiyi kimi, gəmi Azərbaycanda 2008-ci ildən "Renaissance Servicesin" törəmə şirkəti olan "Topaz Energy an Marine" və bp şirkətləri arasında imzalanan 225 milyon dollar dəyərində 10 illik müqavilə çərçivəsində istismara veriləcək.
bp şirkəti Azərbaycanın bütün böyük enerji layihələrində təmsil olunub. Xüsusilə də şirkət "Azəri- Çıraq-Günəşli" dəniz yataqlar blokunun işlənməsi layihəsinin operatorudur və "Şahdəniz" qaz kondensat yatağının işlənməsinin texniki operatorudur.