...

"Gaz de France Suez" Azərbaycandan qaz almaq niyyətindədir

Energetika Materials 29 İyun 2010 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.İsmayılov/

"Gaz de France Suez" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz kondensatı yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının alınması imkanlarını nəzərdən keçirir, - çərçənbə axşamı şirkətin Direktorlar Şurasının rəhbərinin müavini və şirkətin prezidenti Jan Fransua Sirelli Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasovla görüşdə bildirib.

Sirelli həm də Avropa İttifaqının qaz sənayesinin (Eurogas) prezidentidir.

Sirellinin sözlərinə görə, "Gaz de France Suez" Avropa bazarının 30 faizini qazla təmin edir. Bu isə təxminənŞ 100 milyard kvadratmetr deməkdir. Şirkət qazın 20 faizini Rusiyadan, 40 faizini Norveçdən, qalan 40 faizi isə Hollandiya, Misir və Əlcəzairdən alır.

Hazırda şirkət Xəzər dənizində yerləşən "Abşeron" perspektiv strukturunun kəşfiyyat işlənmə layihəsində iştirak edir. Yaxın vaxtlarda kəşfiyyat quyusunun qazılması üzrə işlərə başlanılmalıdır. Onun dəyəri 200 mln manat qiymətləndirilir.

"Abşeron" layihəsinin işlənməsi üzrə tərəfdaşların cari iştirak payı aşağıdakı kimidir: ARDNŞ - 40 faiz, Fransanın "Total" şirkəti - 40 faiz və "Gaz De France Suez" - 20 faiz.

Proqnozlara görə, cari ilin sonunadək quyunun beş min metrəyədək qazılması, yanvar-fevralda isə rezervuara çatmaq planlaşdırılır. Qazma işləri suyun 470-480 metr dərinliyində aparılacaq. Quyunun dərinliyi 7100-7200 metr təşkil edəcək. "Abşeron" strukturu yüksək təzyiqi ilə seçilir. Bu barədə layihənin meneceri bildirib.

ARDNŞ geoloqlarının qiymətləndirmələrinə görə, "Abşeron" strukturunun ehtiyatları 300 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edə bilər.

"Abşeron" bloku Bakıdan 100 km aralıda, suyun 500 metr dərinliyində yerləşir.

Xəbər lenti

Xəbər lenti