...

ARDNŞ Gürcüstanın Marneuli rayonunda yeni yanacaqdoldurma məntəqəsini istismara verib

Energetika Materials 30 Avqust 2010 18:56 (UTC +04:00)
Bazar ertəsi "SOCAR Georgia Petroleum" azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində yeni yanacaqdoldurma məntəqəsi açıb.
ARDNŞ Gürcüstanın Marneuli rayonunda yeni yanacaqdoldurma məntəqəsini istismara verib

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir E.İsmayılov/

Bazar ertəsi "SOCAR Georgia Petroleum" azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində yeni yanacaqdoldurma məntəqəsi açıb. Bu barədə ARDNŞ-nin bazar ertəsi yayılan məlumatında deyilir.

Yeni məntəqənin istismara verilməsi ilə Gürcüstan ərazisində SOCAR brendi ilə fəaliyyət göstərən, yüksək standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin sayı 46-ya çatıb. YDM-in açılışında ARDNŞ prezidenti Rövnəq Abdullayev, şirkətin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Gürcüstan nümayəndəliyinin rəhbəri, "SOCAR Energy Georgia" MMC-nin baş direktoru Mahir Məmmədov və dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Cari ilin sonunadək ARDNŞ Gürcüstandakı YDM-lərin sayını 60 çatdırmağı planlaşdırıb.

"SOCAR Georgia"nın həmtəsisçiləri ARDNŞ (51%), "Petro-Trans FZCO" (24,5%) və Vano Çxartişvilidir (24,5%).

Xəbər lenti

Xəbər lenti