...

ARDNŞ yanvar-avqust aylarında neft və qaz hasilatını artırıb

Energetika Materials 17 Sentyabr 2010 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Neft-Qaz Çıxarma idarələri (NQÇİ) yanvar-avqust aylarında ölkənin ofşor və onşor yataqlarında təxminən 35,9 milyon barel neft (4,88 milyon tondan çox) hasil edib ki, ötən ilin analoji dövründə bu rəqəm 35,7 milyon barel (4,86 milyon ton) olub. Bu barədə cümə günü şirkətdən məlumat verilib.

ARDNŞ-nin xarici şirkətlərlə birgə layihələrdə payı 8,62 milyon barelə yaxındır ki, onlardan da əməliyyat şirkətlərinin payına 1,5 milyon barel, "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə 6,4 milyon barel, "Şahdəniz" yatağına 759,2 min bareldən çox neft düşür.

Yanvar-avqustda ARDNŞ 5,14 milyard kubmetrdən çox qaz əldə edib ki, bu da ötən ilin analoji dövründə 5,06 milyard kubmetrə qədər olub. NQÇİ təxminən 4,75 milyard kubmetr qaz əldə edib. Quruda qaz hasil edən birgə və əməliyyat şirkətləri ARDNŞ-yə hesabat dövrü ərzində 46,5 milyon kubmetr qaz verib.

Yanvar-avqustda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti AÇG yatağında ARDNŞ üçün təxminən 2,25 milyard kubmetr qaz əldə edib. Ötən ilin analoji dövründə bu rəqəm 2,67 milyard kubmetr olub.

Azərbaycanda 59 neft-qaz yatağı var ki, onların 18-i dənizdə, qalanı quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti