...

Dövlət Neft Fondunun aktivləri 20 milyard dolları keçib - ARDNF başçısı

Energetika Materials 21 Oktyabr 2010 05:43 (UTC +04:00)
Dövlət Neft Fondunun aktivlərinin həcmi 2010-cu ilin 9 ayının yekunlarına görə 20 milyard ABŞ dollarını keçib, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib.
Dövlət Neft Fondunun aktivləri 20 milyard dolları keçib - ARDNF başçısı

Dövlət Neft Fondunun aktivlərinin həcmi 2010-cu ilin 9 ayının yekunlarına görə 20 milyard ABŞ dollarını keçib, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib.

"Son üç il ərzində Neft Fondunun aktivləri təxminən 10 dəfə artmışdır. Xam neftin cari qiymətləri ilə və Fondun xərclərinin cari il səviyyəsində saxlanması şərti ilə növbəti 5 il ərzində Neft Fondunun aktivlərinin 50 milyard ABŞ dollarına qədər artması proqnozlaşdırıla bilər", deyə Mövsümov bildirib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Onun sözlərinə görə, cari ilin oktyabr ayının 1-nə olan məlumata əsasən, Fondun yaradılmasından bu günə kimi Neft Fondunun idarəetmədən toplam gəlirləri ilk dəfə olaraq 1 milyard ABŞ dollarını keçib.

"2001-2010-cu illər ərzində Fonddan ümumilikdə 2,3 milyard manat vəsait ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsi üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Eyni zamanda Fondun 14 milyard manat vəsaiti dövlət büdcəsinə transfert edilmişdir ki, bu vəsait hesabına dövlət investisiya proqramları həyata keçirilir", - Mövsümov deyib.

Xəbər lenti

Xəbər lenti