...

Azərbaycan neftinin qiymətləri: 29 noyabr – 3 dekabr həftəsinin yekunları

Energetika Materials 4 Dekabr 2010 13:09 (UTC +04:00)
29 noyabr - 3 dekabr həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 89,95 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 4,25 dollar/barel çoxdur.
Azərbaycan neftinin qiymətləri: 29 noyabr – 3 dekabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir E.İsmayılov/

29 noyabr - 3 dekabr həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 89,95 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 4,25 dollar/barel çoxdur.

29 noyabr - 3 dekabr həftəsində AZERI LT-nin maksimum qiyməti 92,77, minimum isə 87,95 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

29 noyabr - 3 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 84,83 dollar/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən 3,4 dollar/barelə yaxın çoxdur.

29 noyabr - 3 dekabr həftəsində URALS-ın maksimum qiyməti 83,23 dollar/barel, minimum isə 79,81 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

29 noyabr - 3 dekabr həftəsində "Brent Dated" növünün orta qiyməti 88 dollar/barelə yaxın təşkil edib ki, bu da əvvəlki həftənin orta qiymətindən 4,07 dollar/barel çoxdur.

29 noyabr - 3 dekabr həftəsində "Brent Dated"in maksimum qiyməti 90,85 dollar/barel, minimum isə 86,07 dollar/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti