Azərbaycan, Bakı, 21 dekabr /Trend/
Noyabr ayında Bakı İstilik Elektrik Stansiyası (İES) tərəfindən 34,3 298 milyon kilovat-saata yaxın elektrik enerjisi və 22,7 min Qkal-dan artıq istilik elektrik enerjisi istehsal edilib. Bu barədə çərşənbə axşamı "Azərenerji" SC-nin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, bu ilin 11 ayı ərzində stansiya tərəfindən 286,1 milyon kilovat-saatdan artıq enerji istehsal edilib ki, bu da proqnozlaşdırıandan 9,6 milyon kilovat-saat çoxdur.
İstilik enerjisinin istehsal həcmi proqnozlaşdırılan 263,5 min Qkal-a qarşı 268,3 min Qkaldan çox təşkil edib.
Noyabrın 15-dən Bakı İES qış iş rejiminə keçib. Stansiya "Azərneftyağ" NEZ və "Azəristiliktəchizat" SC-nin müəssisələrini istilik enerjisi ilə tam təmin edir.
Bakı İES-də hər birinin gücü 53,5 MVt olan iki qaz turbin qurğusu fəaliyyət göstərir.