Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir E.İsmayılov/
14-18 fevral həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 105,46 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən üç dolllar çoxdur.
14-18 fevral həftəsində AZERI LT-nin maksimum qiyməti 106,26, minimum isə 104,99 dollar/barel təşkil edib.
"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.
14-18 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 99,6 dollar/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən 3,22 dollar/barel çoxdur.
14-18 fevral həftəsində URALS-ın maksimum qiyməti 100,32 dollar/barel, minimum isə 98,85 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
14-18 fevral həftəsində "Brent Dated" növünün orta qiyməti 102,81 dollar/barel olub ki, bu da əvvəlki həftənin orta qiymətindən 2,88 dollar/barel çoxdur.
14-18 fevral həftəsində "Brent Dated"in maksimum qiyməti 103,54, minimum isə 102,1 dollar/barel olub.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.