Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir E.İsmayılov/
Yaxın vaxtlarda ARDNŞ Bakının Xətai rayonununda öz brendi altında yeni yanacaqdoldurma məntəqəsini istismara verəcək. Bu barədə çərşənbə günü ARDNŞ-dəkı mənbə deyib.
Onun sözlərinə görə, yeni məntəqə Babək prospektində yerləşəcək.
"Tikinti işləri davam edir və yay ərzində yeni yanacaqdoldurma məntəqəsi istismara veriləcək", - mənbə bildirib.
Hazırda SOCAR brendi altında Bakıda 10-dan çox yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.
ARDNŞ ümumilkdə Azərbaycan üzrə 80-100 yanacaqdoldurma məntəqəsini istismara verməyi planlaşdırır. Stansiyaların respublikanın giriş-çıxışında yerləşməsinə böyük diqqət yetirilir.
"SOCAR Petroleum"un səhmdarları ARDNŞ (51 faiz) və ABŞ-ın A.P. International (49 faiz) şirkətidir. "SOCAR Petroleum" 2008-ci il yanvarın 21-də qeydiyyatdan keçib.
Hazırda ARDNŞ Gürcüstanda 70-dən çox yanacaqdoldurma məntəqəsinə sahibdir, Ukraynanın neft məhsullarının pərakəndə satış bazarında işə başlayır, eləcə də Rumıniyada YDM-lərin açılması üzrə iş aparır.