...

ARDNŞ Bakıda qaz təchizatının yaxşılaşdırılması üzrə işlər aparır

Energetika Materials 24 Avqust 2011 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir E.İsmayılov/

Hazırda bütün Azərbaycanda abonentlərin qaz sayğacları ilə təmin olunması səviyyəsi 99,5 faiz təşkil edir. Bu barədə çərşənbə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyindən deyiblər.

İB-dən bildirildiyi kimi, respublika üzrə abonentlərin ümumi sayı 1,312 milyon təşkil edir ki, onların 1,304 milyonu artıq qaz sayğacları ilə təmin olunub.

İlin əvvəlindən Bakıda, Abşeron yarımadasında, eləcə də respublikanın digər regionlarında qaz təchizatının yaxşılaşdırılması ilə bağlı işlər davam edir.

"Bu müddət ərzində 64 yaşayış məntəqəsi qazla təmin olunub", - İB-dən deyiblər.

Bir müddət əvvəl ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayevin dediyi kimi, "ARDNŞ Azərbaycanın bütün rayonlarında qaz təchizatının yaxşılaşdırılması üçün işlər aparır. İnvestisiya layihələri ölkənin bütün qaz təsərrüfatında, xüsusilə magistral qaz kəmərlərində həyata keçirilir. Bu, qarşıdakı qış mövsümündə qaz təchizatını yaxşılaşdırmağa imkan verəcək.

Yeni qaz kəmərlərinin çəkilişi Azərbaycanın qazlaşdırılması səviyyəsini 95 faizə çatdıracaq.

Xəbər lenti

Xəbər lenti