...

Azərbaycanın iki rayonuna qaz verilməsində fasilələr olacaq

Energetika Materials 10 Yanvar 2012 11:48 (UTC +04:00)
Təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 17:00-dan 18:00-dək Şamaxı və Ucar rayonlarına qazın verilməsində fasilələr müşahidə olunacaq.
Azərbaycanın iki rayonuna qaz verilməsində fasilələr olacaq

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.İsmayilov/

Təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 17:00-dan 18:00-dək Şamaxı və Ucar rayonlarına qazın verilməsində fasilələr müşahidə olunacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı yayadığı məlumatda deyilir.

Məlumata görə, qazın verilməsində məhdudiyyətlər Ucar rayonunun Gəraybəyli, Rəstəcə və Qarabərk kəndlərində də müşahidə olunacaq.

Qazın verilməsində fasilələr təmir-bərpa işləri ilə əlaqədar "Şamaxı" avtomatik qazpaylayıcı stansiyasında saat 17:00-dək və "Ucar" qazpaylayıcı stansiyasında isə saat 18:00-dək qazın verilməsinin dayandırılması ilə əlaqədardır.

Azərbaycan ərazisində qazın nəqli və paylanması məsələləri ilə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi məşğul olur.

Xəbər lenti

Xəbər lenti