...

Qaz kəmərində sızma Azərbaycan qazının Gürcüstana ixracına təsir etmir

Energetika Materials 30 Yanvar 2012 13:23 (UTC +04:00)
Qazıməmməd-Qazax magistral qaz kəmərində qaz sızması Azərbaycan qazının Gürcüstana ixracına təsir etmir.
Qaz kəmərində sızma Azərbaycan qazının Gürcüstana ixracına təsir etmir

Azərbaycan, Bakı, 30 yanvar / Trend müxbir E.İsmayılov/

Qazıməmməd-Qazax magistral qaz kəmərində qaz sızması Azərbaycan qazının Gürcüstana ixracına təsir etmir. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Sızma ölkə daxilində əhalinin qazla təchizatı üçün nəzərdə tutulan kəmərdə baş verib və müvafiq olaraq onun Gürcüstana qaz ixracına heç bir təsiri yoxdur. Gürcüstana qaz tədarükünün həyata keçirildiyi qaz kəməri hazırda normal rejimdə çalışır", - İB-dən deyiblər.

İB-dən deyildiyi kimi, qaz sızmasının aradan qaldırılması üçün hadisə yerinə artıq xüsusi texnika göndərilib.

Axşama qədər təmir-bərpa işləri ilə əlaqədar Azərbaycanın Göyçay, Qəbələ və Ucar rayonlarının qazla təchizatında fasilələr müşahidə olunacaq.

Azərbaycanda qaz nəqli və satışı məsələləri ilə "Azəriqaz" İstehsalat Birliyi məşğul olur.

Xəbər lenti

Xəbər lenti