...

ARDNŞ avrobondların debüt buraxılışının yerləşdirilməsinə başlayır

Energetika Materials 3 Fevral 2012 12:49 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) fevralın 9-da ümumi məbləği 500 milyon dollar olan avrobondların debüt buraxılışının yerləşdirilməsinə başlayacaq.
ARDNŞ avrobondların debüt buraxılışının yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İ.Xəlilova/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) fevralın 9-da ümumi məbləği 500 milyon dollar olan avrobondların debüt buraxılışının yerləşdirilməsinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü "Dow Jones Newswires" xəbər verir.

Avroistiqrazların ilkin yerləşdirilməsinin gəlirliliyi illik 5,45 faiz təşkil edəcək. Avroistiqrazların ilkin buraxılışı üzrə ödəniş tarixi 2017-ci il fevralın 9-na təyin edilib.

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) avroistiqrazları Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Listinq Orqanının (UK Listing Authority) və London Fond Birjasının (London Stock Exchange) listinqinə daxil ediləcək.

Bu işlərin həyata keçirilməsində Birgə Baş İdarəçilər (Joint Lead Managers) qismində Citi Group Global Markets Limited, Deutsche Bank AG (London filialı) və The Royal Bank of Scotland Plc., Birgə İdarəçilər (Co-Managers) qismində Nomura International Plc. və Société Générale S.A., İnvestorların təmsilçisi (Trustee) qismində Deutsche Trustee Company Limited, Əsas Ödəniş və Köçürmə Agenti (Principal Paying and Transfer Agent) qismində isə Deutsche Bank AG (London filialı) çıxış edirlər.

ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qazın paylanması) müəssisəsi daxildir.

ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ var), eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir. Bir müddət əvvəl şirkət İsveçrədə iri YDM şəbəkəsini əldə edib.

ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti