...

Azərbaycan neftinin qiymətləri fevralın 16-da artıb

Energetika Materials 17 Fevral 2012 11:13 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 fevral / Trend müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 16-da 123,85 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü verilən məlumata görə, çərşənbə günü neftin qiymətləri çərşənbə axşamına nisbətən 0,23 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 16-da 122,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 16-da 120,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,16 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 16-da 121,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,2 dollar/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti