...

ARDNŞ Xəzərdə yeni quyunun qazılmasına başlayıb

Energetika Materials 19 İyul 2012 20:46 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan sektorunda "Günəşli" yatağının dayaz hissəsində yeni neft quyusunun qazılmasına başlayıb.
ARDNŞ Xəzərdə yeni quyunun qazılmasına başlayıb

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan sektorunda "Günəşli" yatağının dayaz hissəsində yeni neft quyusunun qazılmasına başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ-dən bildirilib.

Məlumata görə, quyu "Günəşli-14" platformasında qazılır. Quyunun layihə dərinliyi 3050 metrdir. Geoloqların hesablamalarına görə, quyunun sutkalıq hasilatı 100 ton neft olacaq.

Quyu "28 May" Neft-Qaz Çıxarma İdarəsi tərəfindən istismar olunacaq.

Xəbər lenti

Xəbər lenti