...

"Azəriqaz" 2013-cü ilin sonunadək planları açıqlayıb

Energetika Materials 27 İyul 2012 13:38 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi (İB) və "Global Services" MMC arasında imzalanan müqavilə çərçivəsində 2013-cü ilin sonunadək Azərbaycanda qazlaşmanın səviyyəsi 95 faizə çatdırılacaq.
"Azəriqaz" 2013-cü ilin sonunadək planları açıqlayıb

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi (İB) və "Global Services" MMC arasında imzalanan müqavilə çərçivəsində 2013-cü ilin sonunadək Azərbaycanda qazlaşmanın səviyyəsi 95 faizə çatdırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü İB-nin yaydığı məlumatda deyilir.

"Global Services" iyunun 14-də qazlaşma və qaz təchizatının yaxşılaşdırılması üzrə işlərin alınması məqsədilə İB-nin keçirdiyi açıq tenderin qalibi olub.

1 iyul 2012-ci il tarixinə olan məlumata görə, Azərbaycanda 1403049 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 76,2 faiz, o cümlədən Bakı şəhərində 632068 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 96,2 faiz, regionlarda 770981 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 65,2 faiz təşkil edib.

"2013-cü ilin sonuna qədər respublikanın müxtəlif bölgələrində 463514 mənzilin qazlaşdırılması nəzərdə tutulub" , - məlumatda deyilir.

İşlər çərçivəsində 32-530 mm diametrli 1877 km polad daşıyıcı və paylayıcı qaz kəmərlərinin, 25-400 mm diametrli 19377 km polietilen daşıyıcı və paylayıcı qaz kəmərlərinin, 463514 ədəd qaz sayğacının (o cümlədən 48145 ədəd "smart-kart" tipli elektron qaz sayğacının, 415369 ədəd mexaniki qaz sayğacının) və bununla bağlı 20-25 mm diametrli 20896 km boru xəttinin quraşdırılması, 439189 ədəd fərdi qaz tənzimləyicilərinin, 1162 ədəd qaztənzimləyici şkafların, 80 qazpaylayıcı stansiyada yeni tənzimləyici və nəzarət-ölçü avadanlıqlarının quraşdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti